APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə Uclu dağında qeydə alınıb. Uclu kənd sakini, 1979-cu il təvəllüdlü İbrahimov Vüsal Qəmbər oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 24 BA 248 dövlət nömrə nişanlı avtomobil təxminən 200 metr hündürlükdən dərəyə yuvarlanıb.
Nəticədə maşında olan sərnişinlər, Uclu kənd sakinləri - 1990-cı il təvəllüdlü Gülmalıyev İsmayıl Bəxtiyar oğlu və 1971-ci il təvəllüdlü Məlikov Oqtay Gülağa oğlu hadisə yerindəcə keçiniblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.