Masazırda bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 2-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən qəsəbə sakini Tariyel Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Müslüm Müslümov tutulub.
Araşdırma aparılır.