Masallıda ev yanıb
20 dekabr 2016 15:49 (UTC +04:00)

Masallıda ev yanıb

0

Masallı rayonu, Türkoba kəndində ikimərtəbəli evdə yanğın baş verib.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən  bildirir ki,  vətəndaşa məxsus ümumi sahəsi 182 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 30 m2, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 91 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar