Masallı rayonu, Xallıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 7,5 ton ot bağlamasının 5 tonu yanıb. Lent.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ot bağlamasının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub.
Cəlilabad rayonu, Sarxanlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.