APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 26-da saat 17.45 radələrində kənd sakini, 1967-ci il təvəllüdlü Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı fərdi evdə qeydə alınıb.
Məlumata görə, əraziyə təbii qazın verilişində fasilə yarandığı üçün ev sahibləri qaz sobasına odun qoyaraq yandırıblar. Sonradan qaz gələndə güclü partlayış baş verib.
Nəticədə ev sahibinin həyat yoldaşı, 1967-ci il təvəllüdlü Faiqə Məlik qızı Nəsirova və onun iki uşağı, 17 yaşlı İslam, 6 yaşlı Güldərə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar Masallı Mərkəzi Rayon Xəstəxanasının travmatologoya şöbəsinə yerləşdiriliblər. Burada onlara müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq hər üçünün vəziyyəti ağır olduğu üçün Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.
Partlayış zamanı həmçinin evin bir otağı baş vermiş yanğın nəticəsində içindəki məişət avadanlıqları ilə birlikdə yararsız vəziyyətə düşüb
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
19.06
Masallının Türkoba kəndində yaşayış evində partlayış olub.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə 17.45 radələrində, kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı fərdi evdə qeydə alınıb.
Məlumata görə, əraziyə təbii qazın verilişində fasilə yarandığı üçün ev sahibləri qaz sobasına odun qoyaraq yandırıblar. Sonradan qaz gələndə partlayış baş verib.
Nəticədə ev sahibinin həyat yoldaşı 1968-ci il təvəllüdlü Faiqə Nəsirova və onun 2 azyaşlı uşağı müxtəlif bədən xəsarətləri alıb. Onlar Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Yardım Tibbi Stansiyasına çatdırılıblar. Qadının vəziyyəti ağır olduğu üçün Bakıya yola salınıb.
Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb. Evin bir otağı yararsız hala düşüb.