Mal-qara aparan cinayətkar qrup tutuldu
17 fevral 2017 12:22 (UTC +04:00)

Mal-qara aparan cinayətkar qrup tutuldu

0

Ağdaşda mal-qara oğurlamaqda şübhəli bilinən qrup tutulub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki fermalardan birindən 31 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun üzvləri  - Xosrov kənd sakinləri Ədalət Quliyev, Murad Cabbarov və qardaşı Pərviz tutulublar. M. Cabbarovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2015-ci ilin iyun ayında Külkəl kəndi ərazisində Mingəçevir Regional Elektrik Şəbəkəsinə məxsus Qəbələ hava xəttinin alüminiumdan olan 20 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar