Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də rayon sakini Faiq İbrahimova məxsus mağazadan 38 manat pul, kassa aparatı, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini Cavidan Mahmudov və Masallı rayon sakini İnşaallah Musayev saxlanılıblar.
Bundan başqa, oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini də ələ keçib.
Belə ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-nə keçən gecə şəhər sakini Əlövsət Baxşəliyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 28 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Rahib Rüstəmov tutulub.