Macarıstanın Lakiteleki Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, akademiyanın dinləyicilərindən 24 nəfər dilimizi, eyni zamanda bu dil vasitəsilə tarix və mədəniyyətimizi öyrənmək qərarına gəlib.
Məşğələləri Budapeştdəki Mərkəzi Avropa Universitetinin magistrantı Aynur Məmmədova aparır. Səfirlik Azərbaycan dilini öyrənənləri müvafiq dərsliklərlə, audio materiallarla, habelə ölkəmizin həyatının müxtəlif sahələrinə dair ədəbiyyatla təmin edir.