Fövqəladə Hallar Nazirliyi Lerikdə baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məlumatda deyilir ki, ilkin bilgilərə əsasən yerli vaxtla saat 17:01:51-də Lənkərandan 16 km qərbdə Lerik rayonu ərazisində, episentrdə 4 bal gücündə, 13 km dərinlikdə zəlzələ qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
17:33
İlkin məlumatlara əsasən yerli vaxtla saat 17:01:51-də Lənkarandan 16 km qərbdə Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
17:19
Lerikdən Lənkərana gedən istiqamətdə, ərazinin 17ci kilometrliyində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Lent. az-a bildirib ki, ilkin məlumatlara görə zəlzələ 3,2-3,8 bal gücündə olub.
Zəlzələ hiss olunmayıb.