Lerikdə bir gündə iki zəlzələ - <span style="color:red;">YENİLƏNİB 1
27 fevral 2014 12:42 (UTC +04:00)

Lerikdə bir gündə iki zəlzələ - YENİLƏNİB 1

Azərbaycanın Lerik rayonunda bir gündə iki zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 10:05:12-də Lerikdən 16 km şərqdə qeydə alınıb. 4.0 maqnitudada, 35 km dərinlikdə baş verən zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

 

Növbəti zəlzələ isə 10:30:25-də Lerikdən 20 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Yeraltı təkan 21 km dərinlikdə qeydə alınıb.

 

***

11.44

 

Azərbaycanda növbəti dəfə zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumatda o da qeyd olunur ki, yerli vaxtla saat 10:30:25-də Lerikdən 20 km şimal-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

 

Yeraltı təkanlar 21 km dərinlikdə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1825

Oxşar yazılar