Lənkəranın dəniz boyu əraziləri minalardan təmizlənir
17 mart 2014 12:42 (UTC +04:00)

Lənkəranın dəniz boyu əraziləri minalardan təmizlənir

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lənkəran şəhəri ərazisində, dəniz sahili boyu ərazilərin minalardan təmizləməyə başlayıb.

 

Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

 

A. Aslanovun sözlərinə görə, Lənkəran Rayon İcra Hakimiyyətinin sifarişi əsasında martın əvvəllərindən başlamış əməliyyat nəticəsində sahilboyu ərazidən xeyli sayda TM-62 tipli mina tapılaraq zərərsizləşdirilib. Ümumilikdə ANAMA tərəfindən sahildə 10 hektar ərazinin yoxlanılaraq minalardan təmizlənməsi planlaşdırılır.

 

ANAMA nümayəndəsi qeyd edib ki, aparılan araşdırmalar zamanı ötən əsrin 90-cı illərində Sovet Ordusunun Azərbaycanı tərk edərkən dənizə – sahilə yaxın çox sayda mina atdığı məlum olub. Ləpələr bu minaların bir qismini sahilə çıxarıb.

 

«Orada Sovet Ordusunun tank taboru yerləşib. Ərazidən dəniz istiqamətində poliqon kimi istifadə olunub. Balıqçıların sözlərinə görə, sahildən 50-60 metr məsafədə suyun altında çox sayda mina görüblər», - deyə ANAMA nümayəndəsi vurğulayıb.

 

A. Aslanovun sözlərinə görə, ANAMA dənizin qeyd olunan hissəsində minaların olub-olmadığını müəyyənləşdirmək üçün sahilə yaxın ərazilərdə sualtı kəşfiyyat çəkilişləri aparmağı planlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15