Lənkəranda tank əleyhinə mina tapıldı
12 fevral 2017 22:03 (UTC +04:00)

Lənkəranda tank əleyhinə mina tapıldı

0

Lənkəran şəhərində dəniz kənarında mina tapılıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, dəniz kənarında 1 ədəd tank əleyhinə təlim minası (TM-62 P3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 12 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə,      1 hərbi hissənin yaxınlığına, 14 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib,    91 060 kv.m ərazi (56 860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar