Xanbulan su anbarında yenidənqurma işləri aparılacaq. Bu barədə Lent.az-a “Azərsu”dan məlumat verilib. Aparılan yenidənqurma işləri ilə əlaqədar 10-12 dekabr tarixlərində Lənkəran şəhəri, Bürcəli, Gərmətük, Kosalar, Yuxarı
Nüvədi və Hirkan kəndlərinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.