Azərbaycanda stadiona bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 5-də saat 17.57-də Lənkəran şəhərində yaşayan və özünü təqdim etməyən şəxs DİN-in «102» Zəng Mərkəzinə telefon açaraq “stadiona bomba qoyulub, partlayacaq” deyərək dəstəyi asıb.
Dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla yalan məlumatın Lənkəran şəhər sakini Alim Novruzov tərəfindən verilməsi müəyyən edilib.