Lənkəranda sexdə yanğın oldu
13 mart 2017 07:48 (UTC +04:00)

Lənkəranda sexdə yanğın oldu

0

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə və içərisində olan 3 ədəd dəzgah yanıb.

 

Sexin qalan hissəsi və bitişik qaraj yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar