Kürdəmirdə ağır qəza: ölən və yaralanan var  - YENİLƏNİB
06 dekabr 2013 10:56 (UTC +04:00)

Kürdəmirdə ağır qəza: ölən və yaralanan var - YENİLƏNİB

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Abdullayev Famil Ağalar oğlunun idarə etdiyi 90 MG 281 dövlət nömrə nişanlı, “Ford” markalı maşınla 43 yaşlı Asim Novruzovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletdə əyləşən, rayonun Muğanlı kənd sakini, 22 yaşlı Sadiqov Tərlan Rasim oğlu hadisə yerində dünyasını dəyişib.

 

Motosikleti idarə edən A. Novruzov isə xəsarətlə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

# 1858
avatar

Oxşar yazılar