Bu gün Kür çayında batmaq təklükəsi ilə üzləşmiş şəxs xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 1981-ci il təvəllüdlü Süleymanov İlqar Zəfərqulu oğlu Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində sürüşərək çaya düşüb və batmaq təhlükəsi ilə üzləşib.
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və İ. Süleymanov xilas edilib.