Krım Muxtar Respublikasının Ali Radasında Rəyasət Heyətinin iclası başlayıb.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, iclasın aparıldığı binada hələ də silahlı şəxslər qalmaqdadır.
Bu arada Rusiya bazasından çıxan BTR-lərin bazaya qayıtdığı haqda məlumat yayılıb. BTR-lər yol polisi postunun yaxınlığında saxlanılıb. Rusiyalı hərbçilər bildiriblər ki, onlar təlim keçirlər. Yol polisi əməkdaşları ilə qısa söhbətdən sonra hərbçilər bazaya qayıtmaq qərarına gəliblər.