Kraliçanın mumiyalanmış ayaqları tapıldı
05 dekabr 2016 15:35 (UTC +04:00)

Kraliçanın mumiyalanmış ayaqları tapıldı

 

Misir kraliçası Nefertinin mumiyalanmış ayaqları tapılıb. Lent.az xəbər verir ki, “Discovery Communications”un irəli sürdüyü iddiada İtaliyanın Turin şəhərindəki muzeydə saxlanan mumiyalanmış ayaqların Nefertitiyə aid olduğunun sübuta yetirildiyi bildirilib. Firon İkinci Ramzesin həyat yoldaşı olan Nefertiti eradan əvvəl 1290-1224-ci illərdə Misirə rəhbərlik edib.

 

Qeyd edək ki, Nefertitinin Misirdəki Kraliçalar vadisində tapılan qəbri elə antik dövrdəcə dağıdılıb. 1904-cü ildə isə məşhur italyan arxeoloq Ernesto Şiaparelli kraliçanın bənövşəyi rəngdə olan bəzi əşyalarını, bir cüt stulunu və iki mumyalanmış ayağını tapıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 88
avatar

Oxşar yazılar