Sumqayıtda köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas edilib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbindən mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.
Köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas edildi
233