Keçmiş hərbçi Müdafiə Nazirliyinin qarşısında damarlarını doğradı - <span style="color:red;">YENİLƏNİB
22 mart 2014 19:21 (UTC +04:00)

Keçmiş hərbçi Müdafiə Nazirliyinin qarşısında damarlarını doğradı - YENİLƏNİB

0
Bakı şəhərində keçmiş hərbçi damarlarını kəsib.

 

Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə parlament prospekti 3 ünvanında, Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında baş verib.

 

Bakı şəhər sakini, keçmiş hərbçi, 1972-ci il təvəllüdlü Alim Məhəmməd oğlu Əhmədov Müdafiə Nazirliyinin qarşısında sol qolunun damarlarını doğrayıb.

 

A. Əhmədov ayağında şiş olduğu üçün Müdafiə Nazirliyinə qəbula gəlib, lakin onu heç kim qəbul  etmədiyinə görə özünə xəsarət yetirib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləməyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4354

Oxşar yazılar