Kafe kül oldu
11 dekabr 2016 00:54 (UTC +04:00)

Kafe kül oldu

0

Daşkəsəndə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Xoşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kafedə baş verib. Nəticədə, kafenin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 130 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar