İt iki nəfəri xəstəxanalıq etdi
01 mart 2017 00:56 (UTC +04:00)

İt iki nəfəri xəstəxanalıq etdi

Şəkidə iki nəfəri it dişləyib.

 

Şəki Mərkəzi Rayon  Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 28-i axşam saatlarında rayonun Aşağı Küngüt kənd sakini, 1983-cü il təvəllüdlü Rəvanə Nəriman qızı Dəmirova sağ baldırın,  Şəki şəhəri Əliheydər Qarayev küçəsi ev 7 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Röyal Rəfayıl oğlu Yusifov sol bazunun it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.

 

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib,   quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar