İstirahət günləri yollarda 5 nəfər öldü
14 may 2018 12:02 (UTC +04:00)

İstirahət günləri yollarda 5 nəfər öldü

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər ölüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şənbə günü Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb.

 

Bazar günü isə ölkə yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Mayın 13-də saat 21 radələrində Ağdaş rayonunun Pirəyir kəndi ərazisində Mingəçevir şəhər sakini Zaur Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıdan gedən Yuxarı Neymətabad kənd sakini İsmayıl Vəliyevin idarə etdiyi “T-28” markalı traktorun qoşqusuna vurub. Nəticədə Z.Məmmədov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, Z.Məmmədov orada ölüb. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.  

 

 

Mayın 13-də saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Rabil Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Arzu Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

  

 

Mayın 12-də saat 13 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində rayon sakinləri Asim Hüseynovun idarə etdiyi “Shacman” və Bayram Novruzovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə B.Novruzov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

 

 

Mayın 12-də saat 23 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Bayram Musayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50-60 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

 

Mayın 12-də saat 12 radələrində Qaradağ rayonu ərazisində - Kənar Dairəvi yolun 9-cu km-də Ağdam rayon sakini Vüsal Bədəlov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə qarşıda gedən Bakı şəhər sakini Qalib Əliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobili vurduqdan sonra idarəetməni itirib yolun kənarında dayanmış Zaur Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobili və Abşeron rayon sakini  İlqar Əmirovu vurub. Zərbədən “BMW” markalı avtomobil dayanmış vəziyyətdə olan “Mitsubishi L-200” markalı avtomobilə çırpılıb. Nəticədə İ.Əmirov hadisə yerində ölüb, V.Bədəlova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21