<b>İsraildə yanğının söndürülməsində iştirak edən FHN təyyarəsi geri qayıdıb</b>
30 noyabr 2016 17:19 (UTC +04:00)

İsraildə yanğının söndürülməsində iştirak edən FHN təyyarəsi geri qayıdıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) İsraildə yanğınların söndürülməsi əməliyyatlarında iştirak etmiş yanğınsöndürənləri Azərbaycana qayıdıb.

 

APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq hava limanında yanğınsöndürənlərin qarşılanma mərasimində FHN-nin Aviasiya Dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirib ki, İsrail hökumətinin müraciəti və Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında noyabrın 25-də FHN-in Aviasiya Dəstəsindən 1 ədəd "BE-200ÇS" amfibiya tipli təyyarə və 9 nəfərlik uçuş-texniki heyətdən ibarət qrup İsraildə baş vermiş irimiqyaslı yanğınların söndürülməsinə qoşulub.

 

Onun sözlərinə görə, ilk olaraq heyət İsraildə yanğının miqyası ilə tanış olub: "26 noyabrdan başlayaraq yanğınların söndürülməsində iştirak etməyə başladıq. İştirakçı dövlətlərin sayı çox olduğu üçün yanğın sektorlara bölünmüşdü və hər dövlətin ayrı sektoru var idi. Biz Hayfa və Qüds şəhərlərinin ətrafındakı bölgələrə ayrılmışdıq. Biz ilk olaraq kəşfiyyat xarakterli uçuşlar apardıq. Həmin gün ərzində 8 yanğın bölgəsində 9 uçuş edərək 80 tondan artıq su tökməklə yanğınların söndürülməsində fəal iştirak etdik. Biz İsraildə olan müddətdə 100 tondan artıq su istifadə etməklə yanğınların söndürülməsində iştirak etmişik".

 

Ə. Qasımov qeyd edib ki, Azərbaycan yanğınsöndürənləri İsraildə 8 ocağın söndürülməsində fəal iştirak edib.

 

O qeyd edib ki, İsrail prezidenti iştirakçı dövlətlərin nümayəndələrinə, o cümlədən Azərbaycana təşəkkür edib.

 

Qeyd edək ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən FHN-nin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib. 29 noyabrda İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib. İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.

 

***

 

16:50

 

Noyabr ayının 25-dən etibarən İsraildə yanğınların söndürülməsi əməliyyatlarına qoşulmuş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi bu gün Bakıya qayıdıb.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, FHN-nin həmin təyyarəsi İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında  Prezidenti  İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə yanğınların söndürülməsi əməliyyatlarına qoşulmuşdu.  Missiyasını uğurla başa çatdıran təyyarə artıq qayıdıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21