Dekabrın 18-də Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İsmayıllı rayon sakini Anjela Klina qohumu Xəyalə Bayramovanın Xətai rayonu ərazisində yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yıxılıb.
A.Klina xəstəxanaya yerləşdirilib.