İsmayıllıda amansız qətl: oğul atasını daşla vurub öldürdü - <span style="color:red;">YENİLƏNİB
25 mart 2014 16:17 (UTC +04:00)

İsmayıllıda amansız qətl: oğul atasını daşla vurub öldürdü - YENİLƏNİB

0
İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 24-ü saat 03.00 radələrində qeydə alınıb.

 

İsmayıllı rayon sakini, ruhi xəstə Sadiq Həlimov evində ailə-məişət münaqişəsi zəminində atası Nadir Həlimova daşla xəsarət yetirib. N. Həlimov aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S. Həlimov saxlanılıb.

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3376

Oxşar yazılar