Şəmkirdə əxlaqsızlıq yuvası aşkarlanıb. lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərin 20 Yanvar küçəsində yerləşən ticarət mərkəzində Seyfəli kənd sakini Qəhrəman Qəhramanov icarədə işlətdiyi çayxanada əxlaqsızlıq yuvası saxladığına görə saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.
Bundan başqa İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zülfiyyə İsgəndərovanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparması müəyyən edilib. Araşdırma aparılır.