Doqquz gündən bəri İran-Azərbaycan sərhədində davam edən gərginlik, bu gün günorta saatlarında öz həllini tapıb. Lent.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, artıq Biləsuvar Sərhəd Keçid Məntəqəsində gözləməkdə olan yük avtomobilləri Biləsuvar-İran sərhədindən keçməklə Naxçıvana yola düşüblər.
Hazırkı saatlara olan məlumata görə, artıq 20-yə yaxın yük avtomobili İran sərhədindən keçib.