Soyğunçuluq yolu ilə velosiped aparmaqda şübhəli bilinən şəxs ələ keçib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə fevralın 12-də Bakı şəhər sakini Şəfəq Əkbərovanın həyətindən soyğunçuluq yolu ilə velosiped aparmaqda şübhəli bilinən Yevlax rayon sakini İkram Əhmədov tutulub.