Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V Hesabat seçki yığıncağı keçirilib. MPK-dan apasport.az saytına verilən məlumata görə, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan tədbirdə qurumun rəhbərliyinə yeni seçkilər baş tutub.
Səsverməyə əsasən İlqar Rəhimov MPK prezidenti kimi işini davam etdirəcək. O, növbəti 4 ildə də bu vəzifədə çalışacaq. Natiq Qasımov komitənin birinci vitse-prezidenti, İlham Zəkiyev vitse prezident, Şaiq Həmidov isə baş katib seçiliblər.
Yığıncaqda MPK-nin İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri də müəyyənləşib.