İki yük maşını toqquşdu:yaralananlar var
12 noyabr 2013 03:02 (UTC +04:00)

İki yük maşını toqquşdu:yaralananlar var

Hacıqabul rayonu ərazisində iki yük maşını toqquşub. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax yolunun 156-cı kilometrliyində, Hacıqabul rayonunun Padar kəndi ərazisində baş verib.

 

Gəncə sakini, 1959-cu il təvəllüdlü Kərimov Vaqif Şahnigar oğlunun idarə etdiyi E 657 RX 34 Rusiya dövlət nömrə nişanlı KamAZ markalı avtomobil Tovuz sakini, 1981-ci il təvəllüdlü Bünyatov İlham Fərmayıl oğlunun idarə etdiyi 99 EK 494 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “Ford Tranzit” markalı yük avtomobilinin sürücüsü və sərnişini - Tovuzun Aşıralılı kənd sakini, 1979-cu il təvəllüdlü Əsgərov Aqil Nəsir oğlu aşağı ətrafları sıxılmış vəziyyətdə avtomobildən Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon şöbəsinin xüsusi xilasedici xidməti tərəfindən çıxarılıb.

 

FHN əməkdaşlarının operativ xilasetmə əməliyyatı hər iki zərərçəkəni ayaqlarının amputasiyasından xilas edib. Daha sonra yaralılar Şirvan şəhər xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyətini orta ağır qiymətləndirir.  

 

Faktla bağlı BDYP-də araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar