Kolumbiya və Meksikada narkotik alverçilərinə qarşı əməliyyat zamanı iki gəmidən 1,2 tondan çox narkotik vasitə olan koakin götürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kolumbiya Hərbi-Dəniz Donanmasının “Independiente” gəmisi Fransanın “Germinal” gəmisinin dəstəyi ilə Karib dənizində göyərtəsində 0,65 kg kokain olan qayıq saxlayıblar. Əməliyyat zamanı narkotiki dənizə atmağa çalışan iki kolumbiyalı və iki venesuelalı şəxs tutulub. Qayıq Dominikan Respublikasına, oradan isə ABŞ-a keçirilməli imiş. Götürülmüş narkotikin təxminən 22 mln. dollar dəyərində olduğu bildirilir.
İkinci gəmi Meksikanın Mansanilyo limanında saxlanılıb. Gəmiyə baxış zamanı 0,58 t kokain götürülüb. Sinapur bayrağı altında hərəkət edən qayıq Kolumbiyadan gəlibmiş.