İki avtomobil toqquşub - YENİLƏNİB
14 dekabr 2013 10:42 (UTC +04:00)

İki avtomobil toqquşub - YENİLƏNİB

 Nərimanov rayonunda, Azadlıq prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, yolun sürüşkən olması səbəbindən Azadlıq prospekti ilə hərəkət edən "BYD F3" markalı avtomaşın qarşısında olan "KİA Sportage"ə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.

 

Dövlət Yol Polisi İdarəsinin Nərimanov Rayon Şöbəsindən verilən məlumata görə, qəza "BYD F3" markalı avtomaşının sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

# 913
avatar

Oxşar yazılar