Bakıda xeyli miqdarda pul oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Bakı şəhər sakini Pənah Əlisoya məxsus içərisində 2500 manat və 107 ABŞ dolları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən həmyerlisi Cəlal Çılqanlı tutulub.
Araşdırma aparılır.