Homoseksual gəncin dəfnində gərgin anlar yaşanıb
23 yanvar 2014 13:44 (UTC +04:00)

Homoseksual gəncin dəfnində gərgin anlar yaşanıb

Ötən gün intihar edən gənc homoseksual İsa Şahmarlının dəfni zamanı insident yaşanıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, dəfn mərasimini çəkmək istəyən ANS kanalının əməkdaşlarına qarşı da kobudluq edilib. ANS-in əməkdaşı Gülnar Orucovanın verdiyi məlumatına görə, İsa Şahmarlı Binə qəsəbəsindəki qəbristanlıqda dəfn olunub.


“Bizi qəbirstanlığa yaxın ərazidə bir qrup insan saxladı. Onların içində cavan və yaşlı kişilər də vardı. Biri özünü İsa Şahmarlının əmisioğlu kimi təqdim etdi. Onlar bizə imkan vermədilər ki, dəfni çəkək. Orda bildirdilər ki, bir neçə dəqiqə bundan əvvəl İsanın bir neçə dostu da dəfn mərasimində iştirak etmək istəyib. Lakin onları da ordan qovublar”, - deyə Gülnar Orucova bildirib.

ANS-in əməkdaşları İsa Şahmarlının evindən çəkiliş aparmaq istəyiblər. Lakin orada da buna imkan verməyiblər.

“Çadırın qarşısında yaşlı bir kişi bizi içəri buraxmadı. Üstəlik operatorumun üstünə cumdu. Əlindəki kameranı sındırdı. Deyilənlərə görə, həmin şəxs İsanın atasıdır”, - deyə Gülnar Orucova bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5829
avatar

Oxşar yazılar