Bakı sakini həyat yoldaşını bıçaqlayıb. Hadisə Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi 74 saylı evin qarşısında baş verib.
Suraxanı rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Şəki rayonunun Baş Göynük kəndində anadan olan 1979-cu il təvvəlüdlü Süleymanov Rəhman Zakir oğlu yaşadıqları evin qarşısında, qısqanclıq zəmnində yaranmış mübahisə zamanı öz həyat yoldaşı 1980-ci il təvvəlüdlü Talıbova Rəsmiyyə Musa qızına bıçaqla 5 zərbə vurub.
Rəsmiyyə Talıbova ağır vəziyyətdə 3 saylı xətəxanaya yerləşdirlib. Rəhman Süleymanov bildirib ki, o hadisəni törətdiyi zaman bıçağı əynindəki paltarının qolunda gizlədib, amma vurmaq fikri olmayıb. O, həyat yoldaşını sadəcə qorxutmaq istəyib. Saxlanılan şəxs əməlindən peşman olduğunu deyib.
Suraxanı rayon Polis Şöbəsinin istintaq şöbəsinin müstəntiqi faktla bağlı Cəmşid Əliyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıldığını, saxlanılan şəxs barəsində Suraxanı rayon məhkəməsi tərəfindən 3 ay həbs qətimkan tədbiri seçildiyini bildirib.
Almaz Qasımova, APA TV