Ağdamda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, iki "VAZ 2107" markalı minik maşının toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləriylə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan biri Rüstəm Cəfərov hərbçi olduğundan ilkin tibbi yardımdan sonra kəllə-beyin travması diaqnozu ilə yaxınlıqda yerləşən hərbi hospitala aparılıb. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərdən biri isə sözügedən səhiyyə ocağının həkimi Nadir Xudiyev olub. Həkimin xəsarətləri isə yüngül olduğundan tibbi yardım göstərildikdən sonra evə buraxılıb.