Gürcü alimdən “Gürcüstan Erməniləri Birliyi”nə ittiham
26 fevral 2014 22:40 (UTC +04:00)

Gürcü alimdən “Gürcüstan Erməniləri Birliyi”nə ittiham

 Bu gün Tiflisdə ermənilər gürcü dilində Xocalı soyqırımı haqqında yalan məlumat yayıblar.

 

Bunu APA-ya açıqlamasında İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru, Gürcüstanın İnkişafının Kompleks Problemlərinin Araşdırmalar Mərkəzinin direktoru Levan Metreveli deyib.

 

O, təəssüf etdiyini bildirib ki, belə məzmunlu informasiyalar insanların əlinə düşür: “Ermənilər ağı qara yazırlar, qaranı ağ yazırlar. Belə düşüncəli insanlar kimisə çaşdırmağa çalışırlar. Xocalı kimi faciələr Gürcüstanda Cənubi Osetiyada və Abxaziyada da baş verib. Bunları unutmaq olmaz. Erməni təşkilatları fikirləşmədən Xocalı soyqırımında azərbaycanlıları günahlandırırlar. Bu, heç bir çərçivəyə sığmır. Bu sülhə, həqiqəti bərpa etməyə xidmət etmir. Belə dezinformasiyalarda kinlilik, heç vaxt sağalmayan yaranın üstünə duz tökmək deməkdir. Belə hərəkərlər yaranı daha da dərinləşdirir və bu daha çox ağrı verir. Bu ağrı həm azərbaycanlılara, həm də gürcülərə təhqirdir,” L. Metreveli bildirib.

 

Gürcü alimi bu dezinformasiyanı Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Erməniləri Birliyi”nin yaydığını bildirib. Gürcü alimi Levan Metreveli isə qeyd edib ki, Xocalı və Azərbaycan həqiqətləri barədə gürcü gəncləri çox bilirlər: “Onlara bu informasiyalar çatıb. Mən yenə qeyd edirəm ki, bu ağrı bizim ümumi dərdimizdir. Əgər biz qardaş və dostuqsa, strateji tərəfdaşıqsa, əsrlərlə biriksə, bu faciə sözsüz ki, gürcülərin də ağrısıdır. Mənim oğlum “Gürcüstanın Azad Tələbələr” təşkilatının lideridir və onun birbaşa təşəbbüsü ilə Xocalı soyqırımı barədə gənclərin iştirakı ilə konfrans keçirilib. Bu gənclər Xocalıda baş verənləri və Azərbaycanda 1 milyondək qaçqının olduğunu bilirlər,” gürcü alimi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar