Güclü külək Zaqatalada problemlər yaradıb - <span style="color:red;">YENİLƏNİB
18 mart 2014 10:34 (UTC +04:00)

Güclü külək Zaqatalada problemlər yaradıb - YENİLƏNİB

Zaqatalada əsən güclü külək bir sıra fəsadlar törədib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, martın 17-i saat 11:00 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürüb.

 

Güclü külək əsib, fasilələrlə qısa müddətli yağış yağıb. Martın 17-i axşam saatlarında Zaqatalada yenidən güclü külək müşahidə edilib. Əsən  güclü külək nəticəsində rayon ərazisində müxtəlif  yerlərdə 15-ə qədər iri gövdəli ağaclar yıxılıb,  bəzi yerlərdə evlərin dam örtükləri uçub və elektrik təsərrüfatına ciddi ziyan dəyib.

 

Rayonda elektrik naqillərinin zərər görməsi nəticəsində rayonun bütün ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. İri gövdəli  ağacların  yıxılması nəticəsində rayon mərkəzində bəzi küçələrdə avtomobillərin hərəkəti dayanıb. Rayon rəhbərliyi  fövqalədə hal ilə yerindəcə tanış olub və sakinlərlə görüşüb, aidiyyatı orqanlara öz tapşırıqlarını verib.Fəsadların aradan qaldırılması üçün texnika cəlb olunub.

 

Güclü külək Zaqatala rayon 5 saylı ümumorta məktəbin, məcburi köçkünlərin məskunlaşdığı  3 mərtəbəli binanın dam örtüyünü tamamilə uçurub. O cümlədən rayonun Ümid Sadıqov, 28 may küçəsində  və digər küçələrdə iri gövdəli ağaclar evlərin üstünə yıxılıb və nəticədə evlərə ciddi ziyan dəyib.

 

Rayon ərazisində bir neçə yerdə ağaclar yol kənarında dayanmış maşınların üstünə yıxılıb. Nəticədə maşınlara ciddi ziyan dəyib.

 

Görülən tədbirlər nəticəsində gecə saatlarında rayonun bəzi yerlərində elektrik enerjisinin  verilməsi qismən bərpa edilib. Yollar ağaclardan təmizlənərək maşınların hərəkəti təmin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956
avatar

Oxşar yazılar