Güclü külək Quba və Xaçmazda fəsadlar törədib - <span style="color:red;">YENİLƏNİB
18 mart 2014 11:30 (UTC +04:00)

Güclü külək Quba və Xaçmazda fəsadlar törədib - YENİLƏNİB

0
Güclü külək Quba və Xaçmaz rayonunda ciddi fəsadlar törədib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hər iki rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində problemlər yaranıb.

 

Qubanın ucqar dağ kəndlərindən olan Xınalıqda bir neçə evin damı örtüyü uçub.

 

Xaçmaz şəhərinin mərkəzində yerləşən yüksək mərtəbəli yaşayış binalarının bir neçəsinin dam örtüyü uçub. Rayonun əksər yaşayış massivləri işıqsız qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1492

Oxşar yazılar