Azərbaycanda 18 yaşlı qız binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. Göyçay Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 12.00 Göyçay şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
1995-ci il təvəllüdlü Aynur Məmməd qızı Əhmədova yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb. A. Əhmədova Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, A. Əhmədova pəncərə şüşəsini silərkən ehtiyatsızlıq edərək yıxılıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.