Göyçay rayonu, İkinci Ərəbcəbirli kəndində evlərdən birində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 25 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb