Goranboyda qəza: 1 nəfər ölüb, 4 nəfər yaralanıb
16 mart 2014 22:34 (UTC +04:00)

Goranboyda qəza: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

0

Goranboy rayonunun Balakürd kəndində vətəndaşlara məxsus iki "VAZ" markalı minik avtomobili toqquşub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub.

 

Qəza nəticəsində hər iki maşının sürücüsü və daha iki sərnişini yaralanıb. Digər sərnişin 1959-cu il təvəllüdlü Həsənova Zöhrə Talış qızı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 906

Oxşar yazılar