Gömrükdə külli miqdarda siqaret aşkarlandı
16 fevral 2017 15:48 (UTC +04:00)

Gömrükdə külli miqdarda siqaret aşkarlandı

0

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaretlər aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar