Gömrükçülər narkotik satan şəxsi yaxalayıb
31 may 2018 15:11 (UTC +04:00)

Gömrükçülər narkotik satan şəxsi yaxalayıb

Azərbaycan gömrükçüləri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir həyata keçirib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə,  Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Lənkəran şəhər sakini Mirəziz Cəfər oğlu Ağayevin idarə etdiyi minik avtomobilində narkotik vasitələri satmaq məqsədilə paytaxta gətirdiyi barədə məlumat daxil olub.

 

Dərhal Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Belə ki, şərti alıcı ilə Mirəziz Ağayev sövdələşib və tərəflər Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Füzuli küçəsində görüş təyin edib.

 

Sözügedən ünvanda əməliyyatçıların həyata keçirdiyi tədbirlər çərçivəsində Mirəziz Ağayev saxlanılıb və onun idarə etdiyi "VAZ-21083" markalı, 42-BB-268 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib.

 

Baxış zamanı, avtomobilin arxa oturacağının üzərindəki 4 ədəd polietilen torbada Mirəziz Ağayevin şərti alıcı qismində əməliyyata cəlb olunan gömrük əməkdaşına satmağa çalışdığı narkotik vasitələr -14.860 qram tiryək və 9.740 qram həşiş qətranı aşkar edilib.

 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarına əsasən Mirəziz Ağayevin barəsində həbs qətiimkan tədbiri seçilib.

 

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar