“Sınıq Körpü” gömrük postunda külli miqdarda pirotexniki vasitələr aşkar olunub. Lent.az-ın Dövlət Gömrük Komitənin saytına istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 13800 ədəd pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.