Gömrük-keçid məntəqəsinin rəisi Türkiyədə həbs edilib
18 dekabr 2013 10:42 (UTC +04:00)

Gömrük-keçid məntəqəsinin rəisi Türkiyədə həbs edilib

Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs edilib. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin haberler.com saytı məlumat yayıb. Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində o, Qarsda tutulub. Mirməhəmməd Seyidov təyyarə ilə Qarsa gedib. Təyyarədən enən kimi onu Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları həbs ediblər. Gömrük rəisini Qarsdan İğdıra aparıblar. Azərbaycanın İğdırdakı konsulu Asiman Əliyev də polis şöbəsinə gedib.

Qeyd edək ki, Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə böyük əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi (1-i qadındır) 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Oxşar yazılar