Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindənAPA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Küçədə 10 yaşlı oğlu ilə yolu keçmək istəyən, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Ziyafət Babayeva Göygöl rayon sakini, İsa Mustafayevin idarə etdiyi “QAZ 31” markalı avtomobil tərəfindən vurulub. Qadın Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun oğlu, 2003-cü il təvəllüdlü Sərxan Məmmədovun isə vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.