Gəncədə soyğunçuluq edən şəxslər yaxalandı
28 sentyabr 2016 12:54 (UTC +04:00)

Gəncədə soyğunçuluq edən şəxslər yaxalandı

0

Gəncə sakininə qarşı soyğunçuluq edən şəxslər tutulub. Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, naməlum şəxslər şəhər sakini Fəxri Qocayevin 200 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə alaraq qaçıblar.

 

Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakinləri 1984-cü il təvəllüdlü Kazbek Bulekbayev və 1962-ci il təvəllüdlü İkram Bayramov tutulub.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar